"Həmin futbolçulardan narazıyam"
Korner az-ın məlumatına görə, bu sözləri "İnter" komandasının baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 16-ci turu çərçivəsində keçirilən "İnter"-AZAL oyunun şərh edərkən bildirib.
"Oyun ümumilikdə çətin keçdi. Həm bizim, həm də rəqibin qol imkanları oldu. İlk hissədən fərqli olaraq, ikinci hissədə meydanda qarışıq oyun gedirdi. Əvəzetmələrimiz oyuna güc qata bilmədi. O oyunçulardan narazıyam".
