Futbol

Futbolçulara “feysbuk” və “tvitter” qadağaları

25.04.2012 , 12:03

Danimarka Futbol Federasiyası maraqlı qərar qəbul edib. Korner.az-ın məlumatına görə, Federasiya AÇ-2012-nin final mərhələsində futbolçulara "Tvitter" və "Feysbuk"dan istifadə etməyə qadağa qoyub. Sözsüz ki, bu qərar futbolçular arasında birmənalı qarşılanmayıb. Müxtəlif reaksiyalara səbəb olan qərara ən sərt etirazı isə yığmanın təcrübəli üzvlərindən Tomes Sorensen edib. O, qərarın utancverici olduğunu və futbolçuların şəxsi azadlıqlarının məhdudlaşdırıldığını bildirib. Federasiyanın mətbuatla əlaqlər departamentinin rəhbəri isə qərarın komandanın baş məşqçisi Marten Olsenin istəyilə qəbul olunduğunu dilə gətirib.

Son yazılar

Yuxarı