BƏƏ-nin “Əl-İttihad” klubunda forma geyən fransalı futbolçu Qreqori Dufrennes İslamı qəbul edib.
Korner.az– ın məlumatıan görə, futbolçu İslam dinini qəbul etdiyi üçün xoşbəxt olduğunu açıqlayıb.
Qreqori Dufrennes bildirib ki, artıq özünə Abdullah Mustafa adını götürüb. “Qərarım həyatımı müsbət istiqamətdə dəyişdirəcək. Müsəlman olduğum üçün çox xoşbəxtəm”, deyə futbolçu söyləyib.
