Fransalı hücumçu üçün əlamətdar oyun
28.03.2023 , 19:20

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı səfər oyunu Fransa yığmasının hücumçusu Olivye Jiru üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçda yeni rekorda imza atıb.
Belə ki, təcrübəli forvard 2000-ci ildən Fransa yığmasında rəsmi görüşdə iştirak edən ən yaşlı oyunçuya çevrilib. O, bunu 36 yaş 178-ci günündə bacarıb. Jiru əfsanəvi müdafiəçi Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.
