Fransa kubokunda ilk finalçı
03.04.2024 , 10:11

Fransa kubokunda ilk finalçı məlum olub.
Korner.az xəbər verir ki, bu, “Lion” olub.
Komanda yarımfinalda “Valansen”lə üz-üzə gəlib və 3:0 hesablı qələbə qazanıb.
Bununla da Liqa 1 təmsilçisi 12 il sonra yenidən ölkə kubokunun finalına yüksəlib.
Komanda həlledici matçda PSJ – “Renn” cütünün qalibi ilə qarşılaşacaq.
Final matçı mayın 25-də baş tutacaq.
