Fransa klubundan yeni transfer
04.07.2023 , 16:53

Fransanın “Lans” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi İsveçrənin “Bazel” klubunun yarımmüdafiəçisi Andi Diufu heyətinə qatıb.
Fransızlar 20 yaşlı futbolçunun keçidi üçün 15 milyon avrodan keçiblər.
Fransadan olan yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
