Fransa klubundan yeni transfer
13.11.2023 , 10:05

“Havr” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi azad agent olan Andre Ayyunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
