Fransa klubunda yeni baş məşqçi
06.06.2024 , 12:15

“Lill”in yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Bruno Genesio ilə razılaşıb.
Bu barədə klubun yaydığı məlumatda bildirilib. Baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.
57 yaşlı mütəxəssis bu vəzifədə Paulo Fonsekanı əvəzləyib.
