Avqustun 15-də, Budapeşt şəhərində Macarıstan millisi DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan İsrail yığması ilə yoldaşlıq oyunu keçiriləcək. Korner.az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Olaf Yanssen Macarıstan – İsrail oyununu izləyəcək.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz ilk oyununu sentyabrın 7-də, Bakı şəhərində İsrail yığmasına qarşı keçirəcək.
