“Oklahoma Siti Tander”in basketbolçusu Enes Kanterin atası Mehmet Kanter Türkiyədə nəzarət altına alınıb.
Korner.az-ın məlumatına görə, açıqlanmayan səbəblərə görə M.Kanter ev dustaqlığına məhkum edilib.
Ötən il Enes Kanterin atası oğlunun davranışına görə üzr istəmişdi və ondan imtina etmişdi. Atası ilə çətin münasibətlərə baxmayaraq Kanter “Tvitter” hsabında onu müdafiə edib:
“Mənim atam türklər və əsrimizin Hitleri tərəfindən həbs olunub. Yəqin ki, mənim atam da digərləri kimi işgəncələrə məruz qalacaq”
HEY WORLD
MY DAD HAS BEEN ARRESTED
by Turkish government and the Hitler of our century
He is potentially to get tortured as thousand others— Enes Kanter (@Enes_Kanter) 2 июня 2017 г.
