«90 dəqiqə oyundan, matça köklənmədən razı qaldım. Komandamızın oyunu sürətli, kombinasiyalı idi. Təəssüf ki, qol çatışmırdı. Biz bunu sona kimi görə bilmədik. Komandam taktiki cəhətdən düzgün oynadı". Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts Andorra ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Almaniyalı çalışdırıcı hücumçulardan gileylənərək, komandadan razı qaldığını bildirib:
Cinahlardan oyun qururduq, ancaq son nöqtəni qoya bilmirik. Bəxtimiz gətirmirdi. Oyundan sonra hesab 5:0 olsaydı, rəqib bundan şikayət edə bilməzdi.Ancaq futbolun qaydası odur ki, topu qapıdan keçirmək lazımdır. Hücumçuları tənqid etmək istərdim. Çünki onlar gözəl qol vurmaq istəyirdilər. Lakin futbolda əsas qol vurmaqdır. Həmin qolun gözəlliyi əhəmiyyət kəsb etmir.
Komandanın çalışqanlığından razı qaldım. Narazılığım qol vura bilməməyimiz, qalib gələ bilməməyimiz oldu. Komandam təcrübə yığmalıdır».
