Bu gün Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qrupda ilk matçını keçirdəcək. Korner.az-ın məlumatına görə, "siftə"mizi İsrail yığması ilə edəcəyik.
Yenilənmiş "Tofiq Bəhrəmov" adına Respublika stadionunda qəbul edəcəyimiz rəqib Bakıya iddialı gəlib. Lakin Berti Foqtslu yığma doğma meydan amilindən maksimum yararlanmalıdı.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – İsrail matçı saat 21:00-da başlayacaq.
7 sentyabr
DÇ-2014-ün seçmə mərhələsinin ilk oyunu
21:00. Azərbaycan – İsrail
Hakimlər: Matej Jug, Marko Stancin, Milan Kogej və Slavko Vinçic
Tofiq Bəhramov adına Respublika stadionu
