Azərbaycan milli komandasının Bakı şəhərində keçirilən təlim-məşq toplanışına dəvət olunmuş Bədavi Hüseynov bu gündən etibarən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanıb.
Korner.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da keçiriləcək Azərbaycan – İngiltərə oyunundan sonra Bədavi Hüseynov yenidən millinin heyətinə qoşulacaq.
