Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsini 3 futbolçu tərk edəcək.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Əli Gökdəmir və Cavid İmamverdiyev U-21-in heyətinə qoşulacağı, Vurğun Hüseynov isə zədəli olduğu üçün millinin düşərgəsindən ayrılacaq.