"İnter"in futbolçusu Nizami Hacıyev əməliyyat olunduğu üçün Azərbaycan milli komandasının mayın 20-dən 31-dək olan təlim-məşq toplanışında iştirak etməyəcək. Korner.az-ın məlumatına görə, Nizami Hacıyev qeyd olunan təlim-məşq toplanışına baş məşqçi tərəfindən ehtiyat oyunçu kimi dəvət olunmuşdu.
Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
