Azərbaycan milli komandasının mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışına ehtiyat futbolçu kimi dəvət olunmuş "Sumqayıt" FK-nın üzvü Hacı Əhmədov zədəli olduğu üçün baş məşqçi tərəfindən heyətdən kənarlaşdırılıb.
Məlumat AFFA-nın rəsmi saytına aiddir.