big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Foqts “Bakı”nın təşəbbüsünü ələ saldı

26.04.2013 , 09:55

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsi

– Mayın 20-da Madrid “Atletiko” ilə Bakıda yoldaşlıq görüşündə Azərbaycanın bütün ulduz futbolçulardan ibarət komandası oynayacaq. Ona sizin baş məşqçisi olacağınızla da bağlı müzakirələr oldu. Sizə belə təklif gəlib?
– Yox. Mən bildiyimə görə, həmin matçda “Atletiko”ya qarşı “Bakı” oynayacaq.

– “Bakı” əvvəl belə planlaşdırsa da, sonradan ən yaxşı yerli futbolçulardan ibarət yığma komandanın meydana çıxmağını daha məqsədəuyğun saydı…
– Bu, klublar arasında oyundur, yığmalar səviyyəsində matç? Klubun yığma ilə yoldaşlıq görüşünü düzgün saymıram. Niyə Azərbaycan milli komandası “Atletiko”ya qarşı oynamalıdır?

– Hər halda, millimizdə işlədiyiniz müddətdə klubla oynamaq praktikanız olub. Çexiya “Slaviya”sı, Ukrayna ilə “Metallist” ilə matçları misal göstərmək olar…
– Fikrimcə, “Atletiko”ya qarşı “Bakı” oynamalıdır və sonda bu komandanın meydana çıxacağını düşünürəm. Hər halda, ispanlar bu klubun dəvəti ilə Bakıya gəlir.

– Millimiz növbəti rəsmi oyununu iyunun 7-də Lüksemburq yığması ilə Bakıda keçirəcək. Qalib gəlməli olduğumuz həmin matçda 2 hücumçunun – Rauf Əliyevlə Vüqar Nadirovun cəzalı olmağı ön xətdə probleminin olmağı sizi qayğılandırmır?
– Xeyr. Hazırda milli komandamızda hücumçu sarıdan problem yoxdur. Sadəcə, Rauf Portuqaliya ilə oyunda 4 dəqiqəyə 2 sarı vərəqə almaqla, millimizi pis vəziyyətdə qoydu. Nəticədə 10 nəfərlə qalaraq, həmin vaxt hesab açılmadığı matçda 0:2 hesabı ilə uduzduq. Ancaq Raufun bu hərəkətinə görə mətbuatda tənqidlə rastlaşmadım. Halbuki bunu xaricdən gələn oyunçular – Rüfət Dadaşov, Cihan Özkara etsəydi, tənqid olunacaqdılar.

– Yəni mətbuatın milliləşdirilən oyunçulara daha çox tənqidi yanaşdığınızı düşünürsünüz?
– Rüfətlə Cihan özlərini azərbaycanlı sayaraq, bu ölkənin millisində oynayırlar. Ancaq Portuqaliya ilə matçdan öncə keçirilən mətbuat konfransında mənə sual verirlər ki, Cihanın meneceri ilə tanış olduğunuza görə onu milliyə çağırırsınız. Hərçənd mən onu heç tanımıram. Futbolçular mətbuatda belə şeyləri oxuyanda, milliyə gəlmək istəyirlər. Olmayan şeyləri yazıb, səhv fikir formalaşdırmaq olmaz.

– Azarkeşlər millidən Lüksemburqla oyunda yalnız qələbə gözləyir. Hətta nəticə məğlubiyyətə bərabər sayılacaq və sizə tənqidlər daha da çoxalacaq. Bundan çəkinmirsiniz?
– Biz Lüksemburqa orda da qalib gəlmək istəyirdik. Sadəcə, qol imkanlarımızdan istifadə edə bilmədik. Bakıda oyunda da qələbə qazanmaq istəyirik. Biz Lüksemburqa qalib gəlməliyik. Ancaq şanslar 50-nin 50-yədir.

– Azarkeşlər millinin son ev oyunları zamanı futbolçuların adları çəkiləndə onları alqışlayır, ancaq sizin adınız səslənəndə fitə basırlar. Buna necə reaksiya verirsiniz?
– Mənim bu haqda məlumatım var. Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri mənə bu haqda deyiblər. Mənim işimə qiyməti AFFA rəhbərliyi verir. Mənin federasiya ilə müqaviləm var və buna əsasən işləyirəm. AFFA mənə bunu desin ki, səndən narazıyıq, onda əşyalarımı yığıb gedərəm.

– Millimiz qarşısına məqsəd kimi 2016-cı il Avropa çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparmağı qoyub. Həmin vaxt 70 yaşı olacaq Berti Foqts qalıb, millidə işini bitirib, tarix yazmağı düşünürmü?
– Mən özümdə belə istəyin olub-olmayacağı haqda deyə bilmərəm. Hər şey Allahın əlindədir. Onu deyə bilərəm ki, məni hansısa nəticə qazanıb, buna görə adımın qızıl hərflərlə kitaba düşməsi maraqlandırmır.

– Bəs cari seçmə mərhələdə neçə xal toplamağı düşünürsünüz, bunu real sayırsınız?
– Məni belə şeyləri də düşünmürəm.

– Hər halda, 7-dən çox xal yığmaqla, öz şəxsi rekordunuzu yeniləyə bilərsiniz?
– Mən işimi xala görə qurmuram. Məqsədim yaxşı bir komanda yaradıb, Azərbaycan futbolunun inkişafına öz töhfəmi verməkdir.

– Özünüz gedəndən sonra postunuza hansı azərbaycanlı məşqçini daha layiqli namizəd sayırsınız?
– Mən bu suala dəqiq cavab verə bilmərəm. Fikrimcə, konkret ad çəkmək düzgün olmazdı. Azərbaycanda yaxşı məşqçilər, milliyə bir neçə namizədlər var. Əgər AFFA prezidenti məndən bunu soruşsa, konkret ad çəkərəm.

 

apasport.az

Son yazılar

To Top