Milli komandamız mayın 20-dən 23-dək Yaponiyanın Şizuoka şəhərində, mayın 24-dən 31-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, mayın 23-də Yaponiya, mayın 30-da isə Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb
Kamran Ağayev – «Xəzər Lənkəran»
Anar Nəzirov – «Turan»
Mehdiyev Rauf – «Neftçi»
Rəşad Sadıqov – «Qarabağ»
Volodimir Levin – «İnter»
Ruslan Abışov – «Neftçi»
Vurğun Hüseynov – «Qəbələ»
Maksim Medvedev – «Qarabağ»
Ufuk Budak – «Frayburq» (Almaniya)
Ruslan Əmircanov – «Neftçi»
Aleksandr Çertoqanov – «Qəbələ»
Aqil Nəbiyev – AZAL
Rahid Əmirquliyev – «XəzərLənkəran»
Mahir Şükürov – «Qəbələ»
Elvin Məmmədov – «Bakı»
Rizvan Umarov – «Elche» (İspaniya)
Cavid İmamverdiyev – «Neftçi»
Branimir Subaşıç – «XəzərLənkəran»
Vüqar Nadirov – «Qarabağ»
Rauf Əliyev – «Qarabağ»
Cihan Özkara – «Sivasspor» (Türkiyə)
Ehtiyat oyunçular:
Aqil Məmmədov – «Bakı»
Bədavi Hüseynov – «Sumqayıt»
Hacı Əhmədov – «Sumqayıt»
Murad Ağayev – «Sumqayıt»
Əli Gökdemir – «Hannover 96» (Almaniya)
Uğur Pamuk – «Sumqayıt»
Qeyd: Ehtiyat oyunçular Yaponiya yığması ilə oyuna dəvət olunmayacağı təqdirdə, mayın 24-də Almaniyanın Frankfurt şəhərində Azərbaycanın millisinin heyətinə qoşulacaqlar.