"Xəzər Lənkəran"la oyunumuzun gərgin alınacağını bilirdik. Qələbə qazansaydıq, çempionluğumuzu vaxtından əvvəl rəsmiləşdirəcəkdik. Lakin ilk dəqiqələrdən hakim birtərəfli qərarlar verməyə başladı".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı futbolçu da "Xəzər Lənkəran"la oyunda hakim idarəçiliyindən danışıb:
"Rəqib futbolçular mənə qarşı çox kobud oynayırdı. Bütün matç ərzində məni "sındır"maqla məşğul idilər. Hakim də buna hər dəfə göz yumurdu. Hətta mənə qarşı kobudluqdan sonra yıxılsam da, Elçin Məmmədov simulyasiya etdiyimi əsas gətirərək sarı vərəqə göstərdi. Nəticədə mən növbəti görüşdə meydanda olmayacağam. Bu hakim "Bakı" ilə qarşılaşmada da mənə qarşı rəqibin açıq-aşkar kobudluğunu görməməzliyə vurmuşdu. Mənə elə gəlir ki, buna bir son qoyulmalıdır".