Bu həftə Premyer Liqada XXVII turun oyunları keçiriləcək. 3 gün davam edəcək turun ilk günündə ikinci “altılıq”da yarışan komandalar meydana çıxacaq.
Korner.az-ın məlumatına görə, ertəsi gün mükafatlara iddialıların iştirakı ilə bir oyun baş tutacaq. Tura bazar günü keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
XXVII tur, 19 aprel (cümə)
157. “Kəpəz” (Gəncə) – “Turan” (Tovuz)
+13=9-19, top fərqi – 51:52
Qərb derbisində 42-ci dəfə üz-üzə gələn autsayderlərin qarşılaşmalarında “Turan” böyük üstünlüyə malikdir. Cari mövsümdə artıq 2 dəfə rəqibini məğlub edən tovuzlular son 6 qarşılaşmada rəqibinin qapısına yol tapıb.
158. AZAL (Bakı ) – “Rəvan” (Bakı)
+1=1-4, top fərqi – 6:10
İkinci “altılığ”ın liderlərinin əvvəlki 6 matçında üstünlük “Rəvan”ın tərəfindədir. AZAL-ın meydanında baş tutan paytaxt derbilərində hər 2 komanda qol sevinci yaşayır.
20 aprel (şənbə)
159. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
+12=1-1, top fərqi – 24:8
15-ci duelə aşkar üstünlüklə çıxacaq “İnter” cəmi 1 dəfə rəqibinə məğlub olub. Bakılılar öz meydanındakı qarşılaşmalarda ümumiyyətlə xal da itirməyib.
21 aprel (bazar)
160. “Bakı” (Bakı) – “Qarabağ” (Ağdam)
+14=13-13, top fərqi – 45:46
İndiyədək 40 dəfə qarşılaşan rəqiblərin duellərində “Bakı” qələbə sayında üstündür. “Qarabağ” top fərqində cüzi üstünlüyə malikdir. Lakin bu komandaların son 5 oyununda meydan sahibi olan tərəf qələbə qazana bilmir.
161. “Neftçi” (Bakı) – “Qəbələ” (Qəbələ)
+8=4-6, top fərqi – 25:16
“Neftçi” 19-cu duelə üstünlüklə yollanır. Amma son 5 qarşılaşmada bakılılar cəmi 1 dəfə qələbə qazanıb və 4 dəfə uduzub.
162. “Xəzər Lənkəran” (Lənkəran) – “Sumqayıt” (Sumqayıt)
+2=2-0, top fərqi – 8:4
“Xəzər Lənkəran” 5-ci dəfə qarşılaşacağı “Sumqayıt”a heç vaxt uduzmayıb. Ancaq cari mövsümün ilk 2 oyununda qalib gələn də olmayıb. Cənublular bütün oyunlarda rəqib qapısına yol tapıb.