Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo özü haqqında kitab yazıb.
Korner.az–ın məlumatına görə, portuqaliyalı mütəxəssisin “Mənim futbolum” adlı kitabı oktyabrda işıq üzü görəcəyi gözlənilir.
Qeyd edək ki, martda Joze Mourinyo doğma şəhəri Setubalda (Portuqaliya) öz karyerasına həsr olunmuş sərgi açıb. “Joze Mourinyo – 50 il” sərgisi çərçivəsində 50-dən artıq eksponat təqdim olunub. Onlar baş məşqçinin həyatından önəmli anları əks etdirir.
