Sabah “Xəzər Lənkəran” Mərkəzi stadionu Azərbaycanda keçiriləcək U-17 qadınlar arasında dünya çempionatının hazırlıq mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan-Latviya beynəlxalq yoldaşlıq oyununu qəbul edəcək.
Nəzərinizə çatdırırıq ki, görüş 16:00-da başlayacaq və İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayınlanacaq.
Oyuna stadiondan tamaşa etmək istəyən azarkeşlərin diqqətinə çatdırırıq ki, stadiona giriş qadınlar və 12 yaşadək uşaqlar üçün pulsuz olacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)