Avropa Liqasında "Neftçi"yə rəqib olan İtaliyanın "İnter" klubunun idman direktoru Luiş Fiqo püşkün nəticəsini dəyərləndirib. Korner.az-ın məlumatına görə, portuqaliyalı əfsanə "İnter"i heç də şanslı saymır:
"Deməzdim ki, bizə münasib rəqiblər düşüb. Komandanı uzaq səfərlər gözləyir. Lakin istənilən halda "İnter" qrup mərhələsini keçməlidir".
Qeyd edək ki, "İnter" H qrupunda "Rubin" (Kazan, Rusiya), "Partizan" (Serbiya) və "Neftçi" (Azərbaycan) klubları ilə mübarizə aparacaq.
