AFFA və AccessBank-ın 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında birgə təşkil etdiyi II Caspian Cup beynəlxalq turnirinin son oyun gününün təqvimi açıqlanıb. Korner.az-ın məlumatına görə, iyunun 4-də ilk olaraq meydana Qırğızıstan və Yaponiya futbolçuları meydana çıxacaqlar. Onlar sonuncu olmamaq üçün qüvvələrini sınayacaqlar.
Ardınca 5-ci və 3-cü yerlərin sahibləri bilinəcək. A qrupunda ilk pillənin sahibi olmuş Azərbaycan yığması isə finalda B qrupunda birinci yeri tutmuş Gürcüstan komandası ilə qarşılaşacaq.
VII yer uğrunda oyun
10:00. Qırğızıstan – Yaponiya
AZAL Arena
V yer uğrunda oyun
10:00. Litva – Türkiyə
“Dalğa Arena”
III yer uğrunda oyun
17:00. Qazaxıstan – Özbəkistan
“Dalğa Arena”
Final
19:30. Azərbaycan – Gürcüstan
“Dalğa Arena”