Final mərhələsinin püşkü nə vaxt atılacaq?
05.04.2023 , 20:36
2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub.
Korner.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksandr Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresindən sonrakı mətbuat konfransında açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də keçiriləcək.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.