FİFA-nın "Xəzər Lənkəran"ın aktivinən sildirdiyi 6 xal bərpa etdird. Korner.az-ın xəbərinə görə, Cənub təmsilçisinin silinən xalları geri qaytarıldıqdan sonra, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda turnir cədvəlinin dördüncü pilləsinə enib. "Xəzər Lənkəran"dan 4, "İnter"dən iki xal geri qalaraq dördüncü pillədə qərarlaşan Ağdam təmsilçisi Avroliqaya vəsiqə verən iki yerdən biri tutmalıdı. Yoxsa əks halda Ağdam təmsilçisi Premyer Liqanı 4-cü kimi qapasa avrokuboklardan kənar qala bilər.
Ötən gün Azərbaycan kubokunun yarımfinal mərhələsində "Bakı"ya uduzaraq mübarizəni dayandıran "Qarabağ" üçün Avropada Azərbaycanı təmsil etmək şansı demək olar ki, azdı.
