FİFA prezidenti Yozef Blatter ilin ən yaxşı futbolçusu adına namizəd olan Messi ilə Ronaldonu müqayisə edib.
Korner.az-ın məlumatına görə, Blatter seçimini Messinin xeyrinə etdiyini deyibş
“Leo yaxşı oğlandı. Hər valideyn istəyər ki, onun kimi övladı olsun. O, çox sürətlidi, əla oynayır, sanki rəqs edir. Ronaldoya gəlincə, o, meydanda komandirdi. Bərbərxanada ondan çox vaxt keçirən olmaz. Deyə bilmərəm hansı daha yaxşıdı, ancaq mən Messini seçirəm”, – deyə FİFA başqanı bildirib.
