FİFA İcraiyyə Komitəsinin üzvü Hany Abo Rida Azərbaycana gəlib. Korner.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə məlumatına görə, Rida bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasiminə qatılacaq. O, tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin FİFA Təşkilat Komitəsinin rəhbəri da iştirak edəcək.
Qeyd edək ki, Rida indiyədək FIFA tərəfindən keçirilmiş bir sıra mötəbər turnirlərin Təşkilat Komitəsinin rəhbəri olub.
