Fransa Futbol Federasiyasının prezidenti Hoel Le Qret ölkənin Peşəkar Futbol Liqasının rəhbəri Frederik Tirye haqda qalmaqallı açıqlama verib.
Korner.az-ın məlumatına görə, Le Qret deyib ki, Tiryenin bu günlərdə ən çox müzakirə olunan mövzu – Kərim Benzema və Matye Valbuenanın yaşadığı qalmaqalla bağlı fikirləri onu maraqlandırmır.
“Mən demişdim ki, futbolla əlaqəsi olan insanlarla söhbət etməyi sevirəm. Axır vaxtlar Tirye ilə futbol barədə kim söhbət edib? Jurnalistlərin də hamısı fikirləşir ki, Tiryenin futboldan anlayışı yoxdur”, – deyə federasiya prezidenti bildirib.
Qeyd edək ki, məlum qalmaqal səbəbi ilə Benzema Fransa millisindən kənarlaşdırılıb.
