Fatih Terimin transfer hədəfindəki futbolçu
02.01.2024 , 13:57
“Panatinaikos”a baş məşqçi təyin olunan Fatih Terim “Ankaragücü”nün futbolçusu Olmipiu Morutanla maraqlanır.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yunanıstan nəhənginin fasilədə 24 yaşlı rumıniyalı ulduz üçün paytaxt komandasının qapısını döyəcəyi gözlənilir.
Bu mövsüm “Ankaragücü”ndə 16 matçda meydana çıxan Morutan 3 qol vurub, 2 məhsuldar ötürmə edib.