"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyası tərəfindən sərt cəzalandırılıb. Korner.az-ın məlumatına görə, buna səbəb Superliqanın son turunun "Qalatasaray" – "Trabzonspor" oyununda Terimin görüşün baş hakimini təhqir etməsi səbəb olub.
Superliqanın sonuna iki matç qala hər iki oyunu Terim tribunadan izləməli olacaq. Bu cəza cari Superliqanın son "Qalatasaray" – "Beşiktaş" və "Fənərbaxça" – "Qalatasaray" matçına aid ediləcək.
