Azərbaycan milli komandasının avqustun 15-də Bəhreyn yığması ilə yoldaşlıq görüşünün ehtiyat hakimi müəyyənləşib. Korner.az-ın məlumatına görə, azərbaycanlı FİFA hakimi Fariz Yusifov Bakıdakı oyuna təyinat alıb. 40 yaşlı ədalət təmsilçimiz gürcü Georgi Vadaçkoriyanın başçılıq etdiyi hakimlər briqadasında yer alacaq. Baş hakim yan xətdə həmyerliləri Georgi Kruaşvili, Levan Varamişvili yardımçı olacaq.