FIFA referisi Fariz Yusifov və FIFA referi köməkçisi Namiq Hüseynov UEFA Regionlar kubokunun İtaliyada keçiriləcək 8-ci qrupunun oyunlarına təyinat alıb. Korner.az- ın AFFA-nın saytına istinadən məlumatına görə, oyunları oktyabrın 4-dən 10-dək keçiriləcək bu qrupda İtaliya, Estoniya, Polşa və Finlandiya komandaları mübarizə aparacaq.
