big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Fanklublarımız və irqçilik – SORĞU

10.03.2015 , 09:53

Müasir futbolda azarkeşlər rəqibə təzyiq göstərmək üçün hər üsuldan istifadə edirlər. Ən geniş yayılmış və iyrənci isə irqçilikdir. İnsanlara dərilərinin rənginə görə qiymət verilməsi, təəssüf ki, futbolda geniş yayılıb.  FİFA və UEFA bu hallara qarşı geniş mübarizə aparsa da, ciddi nəticə əldə olunduğunu iddia edə bilmərik.  Amma digər ölkələrə baxdıqda, Azərbaycanda böyük ölçüdə tolerantlığın olduğunu qeyd etməliyik. Bəzi fanklub rəhbərləri ilə əlaqə saxlayıb, məsələ ilə bağlı ikirlərini öyrəndik.

İslam Cabbarlı (“12-ci oyunçu”): “ Düzü, mən inanmıram ki, Azərbaycanda irqçiliklə bağlı hansısa problemlər olsun. Hərçənd, biz 2009-cu ildə – Azərbaycan-Finlandiya görüşündə Lənkəran azarkeşləri olaraq “No racism” layihəsi həyata keçirmişik. Bu addım bütün Lənkəran camaatı tərəfindən yaxşı qarşılanmışdı. “No racism” UEFA-nın layihəsi olsa da, “12-ci oyunçu” bu tədbirin bütün xərclərini öz üzərinə götürmüşdü. Həmçinin, çalışmışıq ki, hər zaman Azərbaycandakı tolerantlıq haqqında xarici jurnalistlərə məlumat verək. “Xəzər Lənkəran” klubunda da qaradərili futbolçular çıxış edir. Bizim futbolçular da hardasa irqçi təhqirə məruz qalsa, təbii ki, ona münasibətimiz pis olar. Normal insan belə etməz. Amma Lənkəranda, ümumiyyətlə, cənub bölgəsində belə bir halın baş verməsi mümkünsüzdür. Çünki bizim azarkeşlər bu mənada daha çox savadlıdırlar, daha çox dünyagörüşünə sahibdirlər. Biz “No rasicm” layihəsini həyata keçirərkən də fərqinə vardıq ki, məsələ təkcə irqçilikdə deyil. Orda 4 bənd var idi: milli, etnik, dini və irqi ayrı-seçkilik. Bizim azarkeşlər hər 4 bəndə hazırdırlar, ona görə də Lənkəran stadionunda heç bir mənfi cəhət müşahidə olunmayıb. Heç bir FİFA-nın, UEFA-nın təbliğatına ehtiyac duymadan, biz lazımi işləri özümüz həll edə bilirik”.

Sənan Mirzəyev: (“Sumqayıt”): “Biz “Sumqayıt” fanklubu olaraq  irqçiliyə “yox” deyirik. Bizdə belə hallar müşahidə olunmur. Keçən dəfə başqa bir adam buna yol vermişdi, bəlkə də, sualı elə buna görə qoymusuz, amma o, bizim fanklubdan deyil. Ayrı fanklubla gəlmişdi, yəni bizə aid olan məsələ deyil. UEFA və FİFA-nın bu yöndə apardığı tədbirlərin də böyük xeyri var”.

Ruslan Muradov: (“İnter”): “İrqçiliyin qəti əleyhinəyik. Əvvəllər bununla bağlı stadionlarda plakatlar açmışıq, lazım olarsa, yenə edərik. Məncə, insana dərisinin rənginə görə qiymət verilməsi düzgün deyil. Yetərincə mübarizə aparılmalıdır ki, insanlara dərisinin rənginə görə təhqiredici şüarlar səslənməsin. Ciddi hal baş versə, yenə mübarizəyə qalxmağa hazırıq”.

İnqilab Soltanov (“Simurq”): “Bizdə irqçiliklə bağlı heç bir problem yoxdur. Hamımız bütün xalqları sevirik və hörmət edirik. Əslinə qalsa, Zaqatala azarkeşləri bütün Azərbaycana nümunədir. Biz özümüzü necə aparmalıyıq, nə etməliyik – çox gözəl bilirik. Ona görə də bizə heç bir göstəriş lazım deyil”.

Ürfan Məmmədzadə

Son yazılar

To Top