Fabreqas karyerasını bitirdi
03.07.2023 , 09:08

İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını başa vurub.
Korner.az xəbər verir ki, son olaraq İtaliyanın “Komo” klubunda forma geyinmiş futbolçu 36 yaşında futbolla sağollaşıb.
O, bundan sonra “Komo”nun U-19 və əvəzedici komandalarının baş məşqçisi kimi fəaliyyət göstərəcək.
