"Barselona"nın yarımmüdafiəçisi Ses Fabreqas, komandaya və qaldığı şəhərə öyrəşməkdə çətinlik çəkdiyini bildirib.
Korner.az-ın məlumatına görə, yetişdiyi klubuna qayıtdığı üçün xoşbəxt olduğunu deyən Ses sözlərinə bu cür davam edib:
"Transfer olunmaq dəyişiklikdir. Bəzən bu dəyişiklikləri sevməyə bilərsiz. Komandaya uyuğnlaşmaqda çətinlik çəkmişdim. Ancaq indi rahatam".
Qeyd edək ki, katalonlar Fabreqası 34 milyon avro qarşılığında heyətinə cəlb etmişdi.
