Fərid Qayıbov boksçularla görüşdü
31.03.2022 , 16:47

Korner.az xəbər verir ki, Avropa çempionatında oğlanlar arasında ümumi hesabda 2 qızıl, 1 gümüş, 1 bürünc medalla 39 ölkə arasında 4-cü yeri tutub. Nicat Hüseynov (51 kq) Avropa çempionu olub. Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə bürünc medal qazanıblar.
Görüşdə boksçuları qitə çempionatında uğurlu çıxışları münasibətilə təbrik edən Fərid Qayıbov onlara növbəti yarışlarda uğurlar arzulayıb.
