“Fənərbağça”nın yeni transfer hədəfi
24.07.2023 , 13:36

“Fənərbağça” “Vulverhempton”la müqaviləsi bitən ispaniyalı futbolçu Adama Traoreni heyətinə cəlb etmək istəyir.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul klubunun oyunçunun meneceri ilə görüşdüyü və şəxsi razılığın əldə olunduğu bildirilir.
27 yaşlı müdafiəçinin qısa zamanda Türkiyəyə gələcəyi gözlənilir.
