“Fənərbağça”nın yeni baş məşqçisi məlum oldu
12.01.2022 , 16:49

“Fənərbağça”nın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bundan sonra komandanı İsmail Kartal idarə edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, İsmail Kartal 2014/2015 mövsümündə “Fənərbağça”nın baş məşqçisi olub.
