“Fənərbağça”nın futbolçusu almanların hədəfində
29.11.2023 , 13:47

“Fənərbağça”nın futbolçusu Fərdi Kadıoğluna Almaniya klubu elçi düşüb.
Korner.az xəbər verir ki, Dortmund “Borussiya”sı türkiyəli cinah müdafiəçisi ilə maraqlanır.
Futbolçu ilə yaxın zamanda danışıqların olacağı gözlənilir.
Fərdi 2021-ci ildən Türkiyə klubunda çıxış edir.
