Gələn mövsüm üçün ideal heyət formalaşdırmağa çalışan "Fənərbağça" daha bir transferi reallaşdırıb.
Korner.az-ın "TRT SPOR" kanalına istinadən verdiyi məlumata görə, "sarı-lacıvərdlilər" "Kayserispor"da çıxış edən Hasan Ali Kaldırımı sıralarına qatıb.
"Sarı-bülbüllər" klubu ilə müqaviləsi 2015-ci ildə başa çatacaq olan 23 yaşlı yarımmüdafiəçi üçün 3 milyon avrosundan keçməli olub.
