Türkiyə superliqası final mərhələsində "Fənərbağça" və "Qalatasaray"ın qarşılaşdığı matçda, "sarı-lacıvərdlilər"in futbolçusu zədələnib.
Korner.az-ın məlumatına görə, lider "Qalatasaray"ın xal itirdiyi həftədə şansdan istifadə edə bilməyərək "Beşiktaş"a 1:2 hesabı ilə məğlub olan "Fənərbağça" bu da azmış kimi aparıcı futbolçusunun zədəlnməsinə üzülür. Görüşün ikinci yarısında ayağında ağrı hiss edən Gökan Gönül əvəzlənib. Ancaq futbolçunun zədəsinin ciddi olub olmadığı, şənbə günü keçəcəyi həkim müayinəsindən sonra bilinəcək.
