“Fənərbağça”da yeni müqavilə
26.05.2023 , 22:58
“Fənərbağça”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, İstanbul klubu gənc futbolçusu Arda Gülərin müqaviləsi uzadılıb.
Onunla imzalanan yeni sözləşmənin müddəti 2025-ci ilin 31 mayına kimi nəzərdə tutulub.
