“Fənərbağça” “Qalatasaray”a qalib gəldi
20.05.2024 , 10:30

Türkiyə Superliqasında 35-ci turun oyunlarına İstanbul derbisi ilə yekun vurulub.
Korner.az-ın məlumatına görə, lider “Qalatasaray” doğma azarkeşləri önündə “Fənərbağça”nı qonaq edib.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra “Qalatasaray” 99 xalla ilk pillədəki yerini qoruyub. “Fənər”in aktivində isə 96 xal var.
