“Fənərbağça” onunla müqavilə yeniləyir
02.05.2024 , 16:56

“Fənərbağça” yeni mövsüm üçün çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, klub futbolçusu İsmayıl Yüksekə yüksək maaş artımı verərək yeni müqavilə imzalamağı planlaşdırır.
Son vaxtlar adı Bundesliqa çempionu Leverkuzenlə hallanan futbolçuya Avro-2024-dən sonra daha çox ciddi təkliflər gəlib.
İsmayıl bu mövsüm bütün yarışlarda 47 rəsmi matçda iştirak edib.
