“Fənərbağça” onu satdı
22.08.2023 , 20:21

“Fənərbağça”nın futbolçusu Qustavo Henrike karyerasını İspaniyada davam etdirəcək.
Korner.az xəbər verir ki, braziliyalı müdafiəçi “Valyadolid”ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
