“Fənərbağça” İtaliya klubundan futbolçu transfer edir
27.07.2023 , 12:28

“Fənərbağça” daha bir futbolçu iıə danışıqlar aparır.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Bolonya”dan Nikolas Dominqesi transfer edə bilər.
Klub futbolçu üçün qarşı tərəfə 10 milyon avro təklif edib.
Tərəflər arasında danışıqların davam etdiyi və qısa müddətdə razılığın əldə oluna biləcəyi gözlənilir.
Mina Musayeva
