Türkiyənin Karabük vilayətində asılan "Fənərbağça" bayrağını yandıran iki "Trabzonspor" azarkeşi 1 ildən sonra həbs olunublar. Korner.az -ın məlumatına görə, Türkiyə Super Liqası 2010-2011 mövsümündə çempion olan "sarı-lacıvərdiləl"in bayrağı Karabükdə küçələrin birində asılıb. Binaların birindən asılan bayrağı endirən iki şəxs onu yandırıb. Həmin yerdə işləyən satıcı tərəfindən polisə şikayət olunan trabzonlu şəxslər 4 ay azadlıqdan məhrub ediliblər.
