Estoniya – Azərbaycan oyununun staduonu məlum oldu
16.08.2023 , 11:28

Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu il oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
