Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Emin Mahmudov icarə əsasında çıxış etdiyi "Tom"dan ayrılır. Korner.az-ın məlumatına görə, gənc futbolçu "Spartak"a dönməyi lazım bilib.
"Sovetski sport"un yaydığı xəbərə görə, Emin Mahmudov avrokuboklarda mübarizə aparacaq Azərbaycan klublarının təklifindən imtina edib.
Beləliklə, Mahmudov növbəti mövsümün hazırlığına "Spartak"da məşq etməklə başlayacaq.